İngiltərədə yaşayan bir cütlük indiyə kimi görülməyən bir ilkə imza atıblar. Belə ki, onlar bir il ərzində 4 uşaq sahibi olublar.
Lunar.az xarici mediaya istinadən bildirir ki, İngiltərənin Suffolk şəhərində yaşayan Toni və Jackie Roulandın 5 yaşında bir qızları vardı. Ötən il oktyabrın 11-də onların əkiz qızları dünyaya gəlib. Doğuşdan iki ay sonra 28 yaşlı Jackie yenidən hamilə qalıb. Bu il oktyabrın 14-də isə onların əkiz oğlanları doğulub. Beləliklə, cütlük 11 ay ərzində dörd uşaq sahibi olublar.