Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir. Əgər valideyn həddən çox mülayimdirsə, o zaman uşaq ərköyün böyüyür. Çox sərt valideyn olmaq da xoşagəlməz sonlarla nəticələnə bilər.
Qışqıran valideyn uşağı qorxudur
Hər bir valideyn uşağının həyatında baş verənləri ilk özü bilmək istəyir. Bunun üçün onunla daha yaxın dostluq etməyə çalışır. Amma özünüz də düşünün - qorxduğunuz biri ilə dostluq edərsinizmi? Belə olan halda uşaq bütün böyüklərdən qorxmağa başlayır.
Bunu necə həll edək?
Unutmayın ki, uşağın da hüquqları var.
Həmişə fikrini bildirmək üçün ona imkan yaradın.
Onunla ünsiyyətdə yaxşı həmsöhbət obrazı yaradın, hücum edən biri yox.
Qışqırmaq münasibətdəki güvənin sarsılmasına səbəb olur
Mütəxəssislər deyir ki, uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq.
Bəs necə edək?
Uşağa da sizinlə bərabərhüquqlu biri kimi yanaşın.
Baş verənlərə kiçik yumorla reaksiya verin.
Həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın.
Uşaq artıq çəkidən əziyyət çəkəcək
Stress münasibətin mənfisidir və uşağa təsirsiz ötüşmür. Mütəxəssislər deyir ki, uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır.
Bəs nə etməli?
Davranış və emosiyalarınızı idarə etməyi bacarın.
Şəxsi problemlərinizi uşaqla münasibətə daşımayın.
Onu həmişə əzizləyin və sevdiyinizi deyin.
Uşaqda pis xarakter formalaşır
Əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq. İsterika çıxara bilər. Uşaqların içindəki bu alov onlara qarşı yönəlmiş qadağalar və pis davranışla əlaqəlidir. Həm də bu uşaqlar depressiyaya meylli olurlar.
Necə etməli?
Nəzərə alın ki, siz hər işdə uşağınıza bir nümunəsiniz.
Ciddi olun, ancaq ədalətli davranmağa çalışın.
Ona çox diqqət ayırın.
Uşaq gələcəkdə miqrendən əziyyət çəkəcək
Uşaq vaxtı çox döyülüb, təhqir edilən, incidilən böyüklər xroniki miqrendən əziyyət çəkirlər. Bu cür uşaq kompleksləri, hətta intihara da gətirib çıxara bilər.
Necə edə bilərsiniz?
Arqument və narahatlığınızı sakit şəkildə çatdırın.
Düzgün izah etməyəndə səhvlərinizi etiraf etməyi öyrənin.
Dinləməyi və eşitməyi bacarın.
Uşağı xoşbəxt və sağlam böyütmək üçün üstünə qışqırmaq olmaz. Hər şeyə sevgi və səbr göstərməklə nail olmaq olar.