Aşiq olduğumuz insanın mükəmməl olduğunu düşünə bilərik. Lakin bir müddətdən sonra onun müsbət cəhətlərinə şübhə edərik. Sevdiyiniz insanın yaxşı ər ola biləcəyini göstərən bəzi əlamətlər sizə fikrinizdə əmin olub-olmadığınızı göstərər. Aile.lent.az ərinizin ideal olduğunu bəlli edən 10 əlamətlə sizi tanış edir.
Çətinliklərdən qorxmur
İdeal ərin yalnız gözəl sözlər söyləməsi kifayət deyil, eyni zamanda qərarlı davranmalıdır. Çətin vəziyyətlərdə sizə dəstək olursa, demək, doğru insanla birlikdəsiniz.
Özü tək yemək hazırlaya bilmir
Müasir qadınların fikrinə görə, yemək hazırlaya bilən kişi ideal ərdir. Əslində onun xüsusi yemək hazırlamasına ehtiyac yoxdur. Ən sadə salat hazırlasa və bir qabda gözəl təqdimatla xanımının qarşısına qoysa, qadını xoşbəxt edəcək.
Səni hər zaman dəstəkləyir
Hamımız səhv edərik. Amma əhəmiyyətli olan sevdiyiniz insanın hər zaman sizin tərəfinizdə olmasıdır (səhv olsanız belə). Vəziyyət nə olursa-olsun, həyat yoldaşınız sizi günahlandırmaq əvəzinə sizə dəstək olmalıdır.
İncə detallara diqqət edir
Həyat yoldaşınız həyatınız haqqında hər bir kiçik detalı xatırlamaq və ya tanış olduğunuz günü yadında saxlamaq məcburiyyətində deyil. Amma sizə əhəmiyyətli olan mövzuları unutmamalıdır. Çayınıza neçə dənə qənd atdığınızı, ən sevdiyiniz mahnı və ya hansı geyimi sevirsiniz kimi mövzulardan xəbəri varsa, demək, sizə həqiqətən dəyər verir.
Yalnız ağıllı deyil, eyni zamanda məntiqlidir
Riyazi problemləri həll edə biləcək birinin olması işə yaraya bilər. Amma həyatın qarşımıza çıxardığı problemləri həll edəcək birinin olması daha əhəmiyyətlidir. Sevgiliniz və ya həyat yoldaşınız ananızla mübahisə etdikdə sizə yaxşı məsləhət verirsə, olduqca şanslısınız.
Əhvalınızı necə yüksəldəcəyinizi bilir
İdeal ər özünüzü pis hiss etdikdə əhvalınızı yüksəldər. Mükəmməl yumor hissi var, zarafat edə bilir, sizə dəstək olur və ya özünüzü yaxşı hiss etməyinizi təmin edə bilir.
Mübahisə və müzakirənin incəliklərini bilir
İdeal kişi polislər, alverçilər və ağlayan qadınlarla təhdid və ya rüşvətə müraciət etmədən də məsələləri həll edə bilir.
Evdən çıxan kimi sənin problemlərini unutmur
Ümumiyyətlə, kişilər eyni anda birdən çox işə fokuslanma problemi yaşayırlar. Ancaq sevən insan hər zaman sizin problemlərinizə prioritet yanaşır və biganə baxmır.
Sizin düşüncələriniz onun üçün əhəmiyyətlidir
Ər və arvad yalnız birlikdə yaşayan iki insan olmamalıdır, onlar həm də dost olmalı və bir-birləri ilə hər şeyi bölüşməyi bacarmalıdırlar. Amma bu, qadının kişini və ya kişinin qadını idarə etməsi demək deyil. Birlikdə qərar qəbul etməyi öyrənmək xoşbəxt bir evliliyin əhəmiyyətli nöqtəsidir.
Ev işlərində sizə kömək edir
Həyat yoldaşınız sizə dəyər verir və hörmət edirsə, sizinlə əsla xidmətçi kimi davranmaz. Gün ərzində yorulduğunuzun fərqinə varır və sizə hər zaman ev işlərində kömək olmağa hazırdır. Birlikdə ev işləri gördüyünüz zaman işinizi daha tez bitirər və birlikdə zaman keçirmiş olarsınız.