Məşhur aktrisa Lili Kollinz illər öncə Britaniya kral ailəsi ilə keçirdiyi xatirələrdən danışıb.
Lunar.az xəbər verir ki, uşaq vaxtı dəcəl olduğunu bildirən aktrisa atasının işləri ilə əlaqədar kral ailəsi ilə yaxın olduqlarını açıqlayıb.
Kollinz şahzadə Diana ilə olan fotosuna dair anı belə xatırlayır:
"Şahzadə Dianaya çiçəklər verirəm, amma o, onları götürmək istəyəndə çiçəkləri geri çəkdim. O zaman ətrafda yaranan əhval-ruhiyyəni təsəvvür etmək çətin deyil. Amma şirin libas geyinən balaca qıza kim əsəbiləşə bilər ki?
Bir dəfə isə oyun oynayarkən oyuncaq telefonu şahzadə Çarlzın başına atmışdım".