Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Mümkün olsaydı hər həftə uşaq dünyaya gətirərdim"

"Mümkün olsaydı hər həftə uşaq dünyaya gətirərdim"

İsrailli model və aktrisa Qal Qadotın"Instyle" jurnalına verdiyi müsahibədə ana olmaqla bağlı işlətdiyi ifadələr təəccüblə qarşılanıb.

Lunar.az xəbər verir ki, aktrisa imkanı olsaydı, tez-tez uşaq dünyaya gətirmək istəyərdi deyə bildirib:

"Mümkün olsaydı hər həftə uşaq dünyaya gətirərdim. Bu, çox sehrli bir şeydir. Həyat yaratdığını hiss etdiyin an inanılmazdır. Düzünü desəm, hamiləlik müddəti mənim üçün ağır keçir. Özümü xəstə hiss edirəm və miqrenim var. Ağır keçən çəkilişdən sonra evə qayıdıb analıq vəzifəmi yerinə yetirməyi sevirəm. Bu etdiyim ən çətin işdir: karyeram və ailəmlə eyni vaxtda maraqlanmaq".

Qız anası olan aktrisa onların həyatını mediyadan gizli saxlamağa, saf, təhlükəsiz şəkildə onları böyütməyə çalışdığını da əlavə edib.

Qeyd edək ki, Qalın 10 yaşlı Alma, 4 yaşlı Maya və 8 aylıq Daniella adlı üç qızı var.


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ