loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
"Kişilər məndən çəkinirlər" - Çimnaz Sultanovadan QALMAQALLI AÇIQLAMA
"Kişilər məndən çəkinirlər" - Çimnaz Sultanovadan QALMAQALLI AÇIQLAMA
loading...
“İş xanımı idim. Tikinti ilə bağlı işlərlə məşğul olurdum. Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. Mən peşəkar iqtisadçıyam”.

Bu sözləri “Vicdan Haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə yaddaşlarda həkk olunan Gəncə Dövlət Akademik Teatrının aktrisası Çimnaz Sultanova ATV-də yayımlanan “Üçümüz” axşam şousunda qonaq olarkən deyib.

Proqramın aparıcısı Elcan Rəsulovun Ç.Sultanovaya ünvanladığı “Bina tikirdiniz?” sualına aktrisa yarızarafat, yarıciddi cavabı ilə tamaşaçıların üzünü güldürüb:

“Bina tikmirdim, ev yıxırdım (gülür). Kimsə tikir, Çimnaz isə yıxır. Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər”.

Müsahibələrinin birində söylədiyi “Kişilər məndən qorxurlar” fikri ilə bağlı suala isə cazibədar aktrisa belə cavab verib:

“Deməzdim ki, qorxurlar. Kişilər daha çox məndən çəkinirlər. Sadəcə, mən rusdilli olduğumdan fikirlərimi düzgün başa sala bilməmişəm”.

Proqramın gedişatında Ç.Sultanova qonşularından yerlə-göy qədər razı olduğunu da dilə gətirib:

“Çox gözəl qonşularım var. Bir problemim olanda bütün qonşularım köməyə gəlirlər. Qonşularıma efir vasitəsi ilə minnətdarlığımı bildirirəm”./oxu.az/


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 879
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!