loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Karantin zamanı insanların hərəkəti izləniləcək - Google yeni sayt istifadəyə verib
Karantin zamanı insanların hərəkəti izləniləcək - Google yeni sayt istifadəyə verib
loading...
Amerikanın "Google" korporasiyası koronavirus pandemiyası zamanı bütün dünya üzrə insanların olduğu yer barədə məlumatların dərc olunacağı saytı istifadəyə verib.

Lunar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Google" kompaniyasının bəyanatında deyilir. "COVID-19 Community Mobility Reports" adlanan saytda yeni koronavirusun yayılması səbəbindən dünyanın bir çox ölkələrində karantin rejiminin tətbiqindən sonra ticarət-əyləncə mərkəzlərində, ərzaq mağazalarında, aptek və parklarda insan sıxlığının necə dəyişdiyini izləmək mümkün olacaq.

Kompaniya şəxsi məlumatların qorunması üçün hər bir fərdi istifadəçi barədə deyil, bu və ya digər obyektlərdə insan sıxlığı barədə ümumi informasiya verəcək. Məsələn, San-Fransisko əhalisinin hərəkəti analizi göstərdi ki, fevralın 16-dan martın 29-dək şəhərdəki ticarət-əyləncə mərkəzlərində insan sıxlığı 72 faiz, parklarda gəzənlərin sayı isə 55 faiz azalıb.

İnternet-portal ilkin mərhələdə 131 ölkədən məlumat təqdim edəcək və tədricən insanların hərəkətinin izlənəcəyi ölkələrin sayı artırılacaq. Kompaniyanın bəyanatına əsasən, sayt müxtəlif dövlətlərin hakimiyyət orqanlarına karantin tədbirlərinin yerinə yetirilməsini qiymətləndirməyə kömək edəcək.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 125
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!