Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO

Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO

ABŞ-ın Miçiqan ştatının Livoniya şəhərində doqquz yaşlı qızın diqqəti sayəsində hovuzda batan uşaq xilas olub.

Lunar.az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlarda görünür ki, iki yaşlı uşaq hovuza düşür və batır. Hovuzda olan digərləri bunu görmürlər. Ancaq orada olan qız bunun fərqinə varır və uşağın xaç anasına deyir. Dərhal suya tullanan qadın uşağı çıxarır.

Kamera görüntülərinə əsasən demək olar ki, uşaq hovuzun dibində üç dəqiqədən artıq qalıb.

Xoşbəxtlikdən oteldə həmin vaxt iki tibb bacısı olub. Onlar uşağa yardım edərək, həyatını xilas ediblər. Uşaq yerli xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ