Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əgər bilirsənsə de mən də bilim

Əgər bilirsənsə de mən də bilim

Əgər bilirsənsə de mən də bilim


Gecələr yuxumu əlimdən alan,
Gündüzlər mənimlə həmsöhbət olan
Sənlə oyanıram şirin yuxudan.
Bilmirəm dostumsan yoxsa sevgilim.
Əgər bilirsənsə de mən də bilim.


Üzünü görəndə ürəyim gülür
Sözlərin qəlbimə baltək süzülür
Sənə olan hissim neyçün yozulur?
Nöqtəm səhv olurmu yoxsa vergülüm,
Əgər bilirsənsə de mən də bilim.

Sən məni silmədən necə yaşarsan?
Necə başqasına ürək açarsan?
Vaxt gələr geriyə dönüb baxarsan
Sual yaranacaq: silim,silməyim?
Əgər bilirsənsə de mən də bilim.

Nə vaxtsa bu sevda sona yetəcək
Şirin xəyallar da itib gedəcək.
Əksin yaddaşımdan silinməyəcək
Silə bilmirəm ki. De! Necə silim?
Əgər bilirsənsə de mən də bilim.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ