Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İlhamə Quliyeva dünyasını dəyişdi

İlhamə Quliyeva dünyasını dəyişdi

İlhamə Quliyeva dünyasını dəyişdi


Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. Bu barədə məlumatı sputnik.az-in hadisə yerində olan müxbiri də təsdiqləyib. Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından sayta bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq. Sayt əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb. Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı. İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. Müğənni Tükəzban İsmayılovanın qızıdır. Bir oğul övladı var.








LoVe Fire от 25 fevral 2016 18:37
Allah rehmet elesin....paylawdigincun sagol.
--------------------
Prinsesa от 25 fevral 2016 19:12
deseler dollar 78 qepik olub bele sevinmezdim :D
Esgeroov
Esgeroov от 25 fevral 2016 19:34
ALLAH Rehmet ELesin AMA Bu Insanan HEc Xowum Gelmr Baltaliyacaq )))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ