Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Men olmuyacam

Men olmuyacam

Men olmuyacam


Hər səhər oyandığında sənə "Sabahın xeyir həyatım" mesajını yazan olmayacaq...
Sənin kefin olmayanda səni qıdıqlayaraq güldürən olmayacaq... İşinin ən pis vaxtında "surprizzz mən gəldim" deyən olmayacaq...
Səni əsəbləşdirən, sualları heç bitməyən, hər sözdən bir məna çıxaran, səni hər kəsə qısqanan biri olmayacaq... Yersiz davalar edən lakin səhvin özündə olduğunu anlayanda "Bəlkə barışaq?))" deyən olmayacaq...
Bütün gününü mənə ayırsan da səhəri gün "sən mənə heç vaxt ayırmırsan ee" deyən olmayacaq...
"Dünyanın ən şirin oglani sənindir bu həyatdan daha nə istəyirsən?" deyən olmayacaq...
"Dünyanın ən yaxsi oglani səni sevir, sən isə bu pessimistlikdən əl çəkmirsən" deyən olmayacaq...
Səninlə qaçdı-tutdu oynayıb uşaqlığını yada salan, gözlərini yum xəyal quraq, hər şeyi geridə burax,gedirik deyən olmayacaq...
Sən çox cəsarətsizsən deyib səni qıcıqlandıran, ciddi qərarlarını dəyişən olmayacaq...
Sən həyatın çətinliklərindən danışıb, ölmək istəyəndə "BİRLİKDƏ ÖLƏK!" deyən də olmayacaq...
Səninlə birlikdə bütün risklərə girib, sırf sən istəyirsən deyə günaha batan da olmayacaq!
Sən acsan deyə səninlə birlikdə ac qalan olmayacaq...
Sən onu nə qədər incidirsən incit, hər dəfəsində səni bağışlayan olmayacaq...
Sən getmək istəyərkən belə səni tək bir sözü ilə geri qaytaran olmayacaq...
Dünyanın ən gözəl yerlərini səninlə birlikdə görmək istəyən olmayacaq...
Sənin üçün özündən imtina edən biri olmayacaq...
Nə yalan deyim?! Səni mənim kimi sevən biri olmayacaq...








BANDITKA от 14 mart 2016 17:47
Maraqli hekayedir tesekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ