Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Hava xəbərdarlığı edildi - qar qayıdır.
Hava xəbərdarlığı edildi - qar qayıdır.
loading...
Hava xəbərdarlığı edildi - qar qayıdır.

Hava xəbərdarlığı edildi - qar qayıdır.Azərbaycanda hava şəraiti kəskin dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 07-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 09-dək davam edəcək.

Fevralın 07-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 09-u gündüzədək davam edəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Hava xəbərdarlığı edildi - qar qayıdır.



loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 144
PAYLAŞ
loading...
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.


Foto.Lunar.az
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Reklam
Xəbər lenti HAMISI

Musiqi HAMISI

HAMISI Ən çox oxunanlar

Reklam
loading...
Səsvermə
 

Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


 
 

Рейтинг@Mail.ru

Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!