Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Havanın temperaturu 5-6 dərəcə düşüb

Havanın temperaturu 5-6 dərəcə düşüb

Havanın temperaturu 5-6 dərəcə düşüb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, ölkəyə şimal-qərb istiqamətindən hava kütlələri daxil olub və belə sərin hava 3-4 gün ərzində davam edəcək.

Onun sözlərinə görə, yaxın günlərdə də havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə aşağı olacaq, 21-24 dərəcə civarında dəyişəcək: “Ondan sonra da havanın temperaturunun yüksəlməsi gözlənilmir, əksinə getdikcə düşəcək. Oktyabrın 9-10-da olan istilər daha olmayacaq və əsl payız havası başlayır”.

M. Həsənov qeyd edib ki, oktyabr ayında günlərlə davam edən narın yağışlar olacaq: “Leysan yağışlar adətən may-iyun və sentyabr aylarında müşahidə olunur. Bundan sonra yağışların leysan xarakterli olma ehtimalı azdır. Payız fəslində aramsız narın yağışların olması daha çox müşahidə olunur”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ