Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xəbərdarlıq : Hava soyuyacaq, sulu qar yağacaq

Xəbərdarlıq : Hava soyuyacaq, sulu qar yağacaq

Xəbərdarlıq : Hava soyuyacaq, sulu qar yağacaq





Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lunar.az-e verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti olacağı gözlənilir.

Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.











Xanimcik от 5 sentyabr 2016 18:40
tewekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ