Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mən mədəniyyət naziri olsam...

Mən mədəniyyət naziri olsam...

Rejissor Ümid Amin bizimlə fikirlərini bölüşüb vacib məsələlərə aydınlıq gətirdi.
Hal-hazırki vəziyyətdə mədəniyyət sahəsində görüləcək işlər çoxdur.
İlk öncə ondan başlamaq lazımdır ki, yenicə universiteti bitirib işsiz qalan gəncləri işlə təmin etmək.
Fərqi yoxdur aktyor, rejissor, işıqçı, operator və.s hər bir peşəyə ayrı-ayrılıqda diqqət yetirilməlidir və bu işi Mədəniyyət Nazirliyi görməlidir. İllərdir Azərbaycanda Kino sahəsində durğunluq yaşanır.
Səbəb nədir?!
Səbəb açıq-aşkar göz önündədir. Keçmiş Mədəniyyət nazirinin məsuliyyətsizliyi, layihələrə ayrılan pul və vəsaitlərin mənimsənilməsidir ki, belə bir sonluqla nəticələndi.
Həbs olunanlar, işdən uzaqlaşdırılanlar...
Axı nə vaxta qədər?..
Mən inanıram ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın incəsənət və mədəniyyətini ən yüksək zirvələrdə görmək istəyirlər və hər il dövlət büdcəsindən ayrılan külli-miqdarda vəsaitlər bunun sübutudur.
Lakin məmurların cibləri böyük, nəfsləri tükənməz olduğu üçün yalnız özləri mənimsəyiblər.
Dövlətə və xalqa xəyanət ediblər.
Baxın, bərpaya ehtiyacı olan nə qədər qoruq və muzeylər, muzeyə çevriləcək məkanlar var.
Bunlar hamısı Mədəniyyət Nazirliyinin öhdəliyində olan işlərdir.
Nəticədə şəhər və əyalətərdə baxımsız və diqqətdən kənarda qalmış mədəniyyət ocaqlarımız var. Bu gün biz onları bərpa edib yaşatmasaq gələcək nəslə heç nə verə bilməyəcəyik.
Nəyə görə milli rəqslərimiz haqqında filmlər çəkilmir?!
Nəyə görə uşaq filmləri və çizgi filmləri çəkilmir?!
Nəyə görə məktəblərdə Azərbaycan mədəniyyəti və incəsənəti dərsləri tədris olunmur?!
Nəyə görə bölgələrə qastrollar azalıb?!
Nəyə görə mədəniyyət işçiləri üçün şəhərciklər, evlər, mənzillər tikilmir?!
Heç kimə sirr deyil ki, hansısa bir layihə ilə Mədəniyyət Nazirliyinə üz tutulubsa, elə anında da geri çevrilib.
Müraciəti yalnız "tanışlıq" və "tapşırıq" la etmək olardı.
İnanın ki, cənab prezidentin ayırdığı pullar lazımi, vacib layihələrə xərclənsə, çox gözəl nailiyyətlər əldə edə bilərik.
Hal-hazırda bu fikirləri səsləndirirəm...
Elə gözəl layihələrim var ki, sadəcə olaraq zamanı gözləyirəm onları ərsəyə gətirmək üçün.
Dövlətimizi xaricdə​ və daxildə təmsil edən bütün mədəniyyət işçilərinin uğurlarının davamlı olaraq inkişafının və dəyərləndirilməsinin tərəfdarıyam
Mən nazir olsam, edəcək çox işlərim var.
Ən əsası dövlət başçımıza bütün baş verən prossesləri doğru-düzgün məruzə etmək lazımdır.
Tutarlı samballı layihələr təqdim etmək lazımdır.
Azərbaycanda bu gün kino sənətinin istənilən səviyyədə olmamasının səbəblərinə də aydınlıq gətirdi Rejissor ssenarist yazıçı Ümid Amin
Azərbaycan da film istehsalı sahəsində güclü islahatlar aparılmalıdır.
Söyüşsüz mental dəyərlərə həssas yanaşmaqla
Ssenarinin düzgün yazılıb filmin ərsəyə gəlməsinə qədər hər bir nüansı incələmək lazımdır.
Aktyor seçimini düzgün etmək lazımdır.
Çəkilən filmlərdə bayağı sözlər yer almamalıdır.
Bəstəkar və rəssamlarla işləmək lazımdır çünki musiqi bir filmdə hər şey deməkdir.
Sovet dövründə çəkilən filmlərə hələdə maraq var.
Çünki o vaxtı məktəb var idi.
Məktəb deyəndə korifey
aktyorlarımızı, rejissorlarımızı nəzərdə tuturam.
Sovet dövrünə nisbətən bu gün Azərbaycan kinosunun funksiyası dəyişib.
Bu problem hazırda keçmiş SSRİ-yə daxil olan digər respublikalarda da mövcuddur. SSRİ dövründə filmlər daha yaxşı çəkilirdi və baxılırdı.
Bu gün isə filmlər yaxşı çəkilmir və tamaşaçı toplaya bilmir.
Ya da ki, bir dəfə baxılıb unudulur.
Azərbaycan müstəqillik qazanandan sonra isə Azərbaycan kinosu da müstəqillik qazandı, beynəlxalq müsabiqələrə qoşuldu. Sadəcə bu günün kinosu 21-ci əsr kinosudur və bu tam fərqli kinodur.
Azərbaycanda yeni yaranan ssenarilər və filmlərdən razı qalmadığını vurğulayan Azərbaycanın rejissoru senarist yazıçı Ümid Amin bildirib ki, hal-hazırda istedadları və keyfiyyətli ssenariləri üzə çıxarmaq üçün kino müsabiqəsi keçirilməlidir
İşlər görülməlidir.
Mənə çox sayda ssenarilər və filmlər təqdim edilir.
Hələ ki, gələn film ssenarilərindən birini də bəyənə bilməmişəm.
Çünki çox boşluqlar var və ssenarini yazana başa salırsan ki, bu belə yazılmalı deyil.
Anlayır , dəyişir, ancaq yenə də haradasa bu günü nəzərə alaraq bayağılıq salır ssenariyə.
Niyə?
Çünki müvəqqəti populyarlıq qazanıb gündəmdə olmaq üçün.
Gündəmdə yox yaddaşlarda qalmaq lazımdı professional kimi.
Mənalı işlərlə
Azərbaycan kinosunun bu gündə olmasının səbəbi güclü təhsilə malik mütəxəssislərin yetişməməsidir:
"SSRİ dövründə filmlərin professional səviyyədə çəkilməsi və keyfiyyətli olması bu gün də onlara tələbat yaradır.
Onların davamlı şəkildə nümayişi və tamaşaçı qazanması təsadüfi deyil.
"Bu gün niyə keyfiyyətli filmlər yoxdur" sualına cavab axtarsaq deyə bilərəm ki, bu gün bu sahə üzrə güclü fantaziyası olan insanlar azdır.
Hərşey təhsil deyil, təhsil qədərdə fantaziyası olmalıdır insanın.
Sonda Rejissor ssenarist yazıçı Ümid Amin onu da qeyd etdi ki,
Azərbaycan kinosunun gələcəyi heç də qaranlıq deyil.
Sadəcə olaraq görüləsi işlər çoxdur.
Və bu işləri görmək bizim borcumuzdur.
Çox təşəkkür edirik Ümid müəllim öz dəyərli zamanınızı bizə ayırdığınız üçün minnətdarıq. Səsiniz daim yüksək zirvələrdən gəlsin.

Qələmə aldı: GOLD MEDİA GROUP un rəhbəri
✍ VÜSALƏ ƏLİBƏYLİ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ