Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi: "Toya biabırçı libasda gəlmişdi" - VİDEO

Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi: "Toya biabırçı libasda gəlmişdi" - VİDEO

Qalmaqallı açıqlamaları ilə şou gündəminə “od vuran” müğənni Nadir Qafarzadə “Xəzər” televiziyasında “5/5” axşam şousunda qonaq olarkən toya gələn qadın müğənninin ayıbını ortalığa çıxarıb.

Oxu.Az xəbər verir ki, sənətçi ad çəkmədən, hazırda hicab bağlayan bir müğənninin toya geyindiyi açıq-saçıq libasını dəyişdirdiyini bildirib.

“Yanımda məclislərə gedən bir xanım müğənni var idi. Hazırda o, başına hicab bağlayıb, evdə oturur. Adını çəkmək istəmirəm. İkimiz bir toyda iştirak edirdik. Toya biabırçı bir libasda gəlmişdi. Paltarının yanları bütöv açıq idi. Amma o açıq hissələrin üzəri tüllə bəzənmişdi.

Həmin qadın müğənnini bu libasda görüb, onu yanıma çağırdım. Dedim ki, “Qızım bura toydur. Analar, bacılar, ailələr burada iştirak edir. Ayıbdır! Get başqa paltar geyin, gəl. Sağolsun, sözümdən çıxmadı. Gedib əynini dəyişib toya yenidən qayıtdı”.

N.Qafarzadənin canlı efirdə bu açıqlaması verilişin aparıcısı Zaur Kamalı məəttəl qoyub.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ