Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Milyonluq villaları ilə əmlak kraliçası olmaq istəyir - Fotolar

Milyonluq villaları ilə əmlak kraliçası olmaq istəyir - Fotolar

Dünyanın ən gənc milyarderi olan Kayli Cenner kosmetika “kraliça”lığından əmlak “kraliça”lığına doğru irəliləyir.

Lunar.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə 36,5 milyon dollara malikanə satın alan realiti şou ulduzu bu dəfə isə 15 milyon dollarlıq yeni mülkün sahibi olub.

Bildirilir ki, bu evin 2018-ci ildəki sahibi müğənni Mayli Sayrus olub. Sayrus mülkü atlarını saxladığı bağ evi kimi istifadə edib.

Ev 20 min kvadratmetrlik ərazidə yerləşir. Bu da mülkün Hidden Hills bölgəsindəki ən böyük evlərdən biri olduğunu göstərir.

1600 kvadratmetrlik malikanənin 12 maşınlıq qarajı, eyvanı, tövləsi, tennis üçün ərazisi, hovuzu və mühafizə sistemi üçün kiçik tikililəri mövcuddur.

Bundan başqa, 22 yaşlı Kaylinin Beverli Hillsdə 13,5 milyon dollar qiyməti olan evi, Kaliforniyanın Palm Desert turizm bölgəsində ərazisi də var.

Ancaq Cenner daha çox 2016-cı ildə aldığı Hidden Hillsdəki başqa bir evində yaşayır. Buranın isə qiyməti 12 milyon dollardır.

1700 kvadratmerlik malikanədə 7 yataq otağı, 14 hamam, mətbəx və dörd qonaq otağı yer alır. Kayli burada zamanını iki yaşlı qızı Stormi və tez-tez küsüb-barışdığı qızının atası Travis Skottla keçirir.

(Axşam.az)





























İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ