Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanlı müğənni koronavirus şübhəsilə analiz verib

Azərbaycanlı müğənni koronavirus şübhəsilə analiz verib

Müğənni Ceyhun Əliyev koronavirus şübhəsilə analiz verib.
Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi özü danışıb. O bildirib ki, özündə qrip əlamətləri hiss edib:
"Dərhal “103” xidmətinə zəng vurdum və həkimlər gəlib tüpürcək vasitəsilə analiz götürdülər. Karantin elan olunandan evdən çıxmıram. Amma yenə də qaydalara əməl etməliyik. Evimdə körpə uşaq var. İnsanlar bunu etməkdən çəkinməsinlər.
Heç soyuqdəymə əlaməti olmasa da, yenə analiz verəcəkdim. İndi ölkədə bu iş daha asanlaşdırılıb. Bir zənglə evinizə gəlir, analiz götürüb gedirlər. Şükür ki, nəticə yaxşı oldu. Həkimlər soyuqdəymə olduğunu bildirdilər. Hər şey qaydasındadır. Heç bir virus yoxdur.
İndi koronavirusla yanaşı qrip də yayılıb. Evinizdəki uşaqları, ətrafınızdakıları qorumaq üçün bunu etməlisiniz. Özü də deyim ki, həkimlər təmənnasız gəlirlər. Kimsə ödənişə görə çəkinməsin.
Bir çoxları çəkinir ki, evə həkim çağırsam, qonşular, ətrafdakılar görər. Yox, bunlardan çəkinərək özünüzü riskə atmayın. Elə bir ərəfədir ki, məsuliyyətli olmaq lazımdır. Qoyulan qaydalara mütləq əməl edilməlidir. Gigiyenik qaydalar bir yana, analiz verib özünüzdən tam əmin olmalısınız".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ