loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Niyam od püskürdü: "Evimdəki pişik heyvərə arvaddan daha yaxşıdır" - VİDEO
Niyam od püskürdü: "Evimdəki pişik heyvərə arvaddan daha yaxşıdır" - VİDEO
loading...
“Ailəm də, uşağım da var... Əsas odur ki, uşağım var. O, qardaşımın balasıdır”.

Lunar.az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “X maqazin” proqramının “X adam” rubrikasında müğənni Niyam Salami deyib.

Qalmaqallı açıqlamaları ilə şou aləmində səs-küy yaradan sənətçi evində saxladığı pişiyindən danışıb.

“Axşam yatanda pişiyimlə yatıram. Pişiyim heyvərə arvaddan daha yaxşıdır. Sözüm yaxşılara yox, pislərədir. Yaşam tərzim ilə yazıq arvadı daha da yazıq edə bilmərəm. Xasiyyətim də pisdir. Ailə qurmayacaqsansa, bacıya, qardaşa, kimsəsizə baxmalısan. Yolda sahibsiz pişik görsən, qayğı göstərməlisən. Məcburən bu qədər yükü boynuma götürmüşəm. Bu yükü Allah mənə veribsə, demək etməliyəm” - deyə, sənətçi bildirib.

Daha sonra Niyam qardaşı haqqında danışaraq, ona mənəvi zərbə vurduğunu söyləyib:

“Böyük qardaşım Rusiyada yaşayır. O, mənə dağ çəkib. Tək istəyim qardaşımın və oğlunun orada yaşamamasıdır. İstəyirəm ki, o və balası Bakıya gəlsin və burada azərbaycanlı bir xanımla evlənsin. Bu nəinki mənim, eləcə də anamın ən böyük vəsiyyətidir. İstəyirəm ki, bacı-qardaşlarım və onların övladları yanımda olsunlar. Allah onları mənə çox görməsin”.





N.Salami evlənəcəyi xanımın avtomobil sürməyəcəyini və yarıqlı libaslar geyinməyəcəyini deyərək, sərt mövqeyini də ortaya qoyub:

“Sevgilim həyat yoldaşım olub. Ondan sonra mən sevə bilərəmmi? Bilmirəm. Qırx yaşım olacaq. Özümü aldada bilmərəm. Bəlkə əlli yaşda bu hissləri yaşamaq qismət olar. Həyat yoldaşı başqadır. Qadını anam, bacım kimi görmək istəyirəm. Yarığı evində geyin. Yoldaşın üçün özünü göstər. Bax elə qadınları sevirəm. Mənim üçün yaşasın, camaat üçün yox”.





loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 171
loading...





  • Foto.Lunar.az
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!