Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Zaur və Günay İnstaqram reklamından nə qədər qazanır?

Zaur və Günay İnstaqram reklamından nə qədər qazanır?

"Zaur Fransaya "Ford boyard" layihəsinə getmişdi. İnstaqramı açdım ki, Zauru izləyim. Sonra gördüm ki, yaxşı işdir. Zaur gələndə dedim ki, İnstaqram açmışam".

Lunar.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva "ASAN radio"da qonaq olarkən deyib. O, İnstaqram səhifəsi açmasından danışıb.

Aparıcı Zaur Baxşəliyev isə ilk vaxtlar Günaya əsəbiləşdiyini etiraf edib:

"Günay bunu deyəndə acıqlandım. Qayıtdım ki, yox, bəlkə bir "Facebook" da açasan? Sosial medianı qəbullana bilmirdim. Azərbaycan üçün yeni idi. Hələ xaricdə ulduzlar canlı yayımı açırdı, təəccüblənirdim. Deyirdim ki, niyə oturub kamera qabağında özləri danışırlar. Zamanla gördüm ki, bununla ayaqlaşmaq lazımdır".

Zaur daha sonra İnstaqram səhifələrində reklamdan qazandıqları məbləğlə bağlı sualı cavablandırıb:

"Təəsüflər olsun ki, bizdə reklam bazarı o qədər yüksək inkişaf etməyib. Bizdə Amerika, Türkiyə, Gürcüstandakı qədər pullar oynamır. Biz də İnstaqramda reklam üçün uyğun məbləğ qoymuşuq. Bir onu deyim ki, bizə kifayət edir".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ