Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Damla yayılan intim videodan danışdı: "Silin..."

Damla yayılan intim videodan danışdı: "Silin..."

Xəbər verdiyimiz kimi, müğənni Damlaya aid olduğu iddia edilən intim video yayılıb.

Lunar.az xəbər verir ki, həmişə olduğu kimi, bu dəfə də susmağa üstünlük verən Damla sosial şəbəkədə paylaşdığı statuslarla haqqında çıxan bu kimi xəbərlərə etiraz edib. O, instagram hesabında “Haqqımda danışmaq istəyən hər kəs danışa bilər. Qağayı nəcisiylə dəniz kirlənməz” yazıb.

Qeyd edək ki, bu yaxınlarda “Çamadan” adlı klipini təqdim edən müğənninin Youtube hesabı sındırılıb. Son günlər olduqca çox təzyiqlərə məruz qalan Damla sonuncu statusu ilə üsyan edib:

“Mən kənardan bu qədərmi təhlükəli görünürəm!? İndi də youtube kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız. Bu qədər nifrəti, içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanali silin bəs sonra? Allah ucaltdığını Allah yıxar! Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hackerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək “.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ