Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Müğənninin sevgilisi qayınatasının qarşısına qısa geyimdə çıxdı – VİDEO - FOTO

Müğənninin sevgilisi qayınatasının qarşısına qısa geyimdə çıxdı – VİDEO - FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqları əməkdar artist Rəhman Rəhmonov və onun müğənni oğlu Emin Rəhmanoğlu olub.

Lunar.az bildirir ki, Emin müğənni sevgilisini atasının qarşısına ilk dəfə efirə çıxarıb.

Gəlin namizədin qısa geyimini görən müğənni Əli Mirəliyev isə öz iradını bildirməkdən çəkinməyib:

"Şəxsən mən gözləməzdim ki, qayınatanın qabağına belə çıxasan. Bir balaca başqa cür olmalı idi. Ağsaqqaldır, atadır. Düzdür, müasir dünyadır. Biz yaşlılar insanlara nümunə olmalıyıq. Gərək biz bu işə barmaqarası baxmayaq".

Əli Mirəliyevin bu sözlərinə müğənninin atasından cavab geçikməyib:

"Əgər Emin üçün xoşdursa, mənim üçün də xoşdur. Emin ürəyi, qəlbi təmiz oğuldur. Sənəti də göz qabağındadır. Hamı onu çox istəyir. Əsas odur ki, xalq onun sənətinə qiymət verir. Mənə elə gəlir ki, onun sevgisi də plotonik, ülvi olar. Qıza gəlincə isə, qızı indi tanıdıq hələ. Məncə yaxşı olar. Emini pis adam istəyə bilməz. Emini ancaq yaxşı adam istəyə bilər".












Milli.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ