Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Mən 25 yaşında qız deyiləm” - Oksana əsəbiləşib efiri tərk etdi - VİDEO - FOTO

“Mən 25 yaşında qız deyiləm” - Oksana əsəbiləşib efiri tərk etdi - VİDEO - FOTO

ARB TV-nin "Sayqa ilə bu axşam" proqramında qalmaqal yaşanıb.

Lunar.az xəbər verir ki, qalmaqal rəqqasə Oksana Rəsulova ilə müğənni Əli Mirəliyev və Zöhrə Abdullayeva arasında baş verib.

Əli Mirəliyevin bəzi müğənnilərə "müğənnicik" deməsini Oksana narazılıqla qarşılayıb. Məsələyə müdaxilə edən Zöhrə Abdullayeva isə rəqqasəyə bildirib ki, illərin sənətkarına irad tutmaq olmaz.

"Müğənnicik" dedi əcəb elədi. Biz illərin sənərkarına irad tuta bilərdik?"

Daha sonra buna cavab verən Oksana efiri tərk edib.

"Kim irad tutur ki? Mən sizə burada yer vermədim deyə belə edirsiz? Mən "müğənniciklər" sözünə irad tuturam. Mən kiminsə xoşuna gəlsin deyə danışmıram. Dekabr ayında 35 yaşım tamam oldu. Bilməyənlər bilsin ki, mən 25 yaşında qız deyiləm. Mən hər zaman böyüklərin hörmətini saxlamışam. Bu mənim şəxsi fikrimdi. Hörmətlə qəbul edəcəksiniz və mən buradan gedirəm".










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ