Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Sənə nə etmişəm?" - Afaq Gəncəli

"Sənə nə etmişəm?" - Afaq Gəncəli

"İstəyərm ki, tamaşaçılar mənə hörmət etsinlər, rəğbət bəsləsinlər. Sevmək olmur. Sosial şəbəkələrin aktiv olduğu vaxtda "hamı məni sevir" kəlməsini demək yalandır. Şərhlərdən görürsən ki, sevənlərlə sevməyənlər yarı-yarıyadır".

Bu sözləri aparıcı Afaq Gəncəli "Efirdən kənar" verilişində deyib.

O, sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Yazanlarla, yazmayanlar arasında müqayisə aparsan, sevgisini bildirməyənlər azdır. Sevməyənlər "qara siyahı"ya düşür. Hərdən xoş söz yazan insanın "direct"inə yazıram ki, çox sağ olun. Haqsızcasına yazılanları sevmirəm. Mən sənə nə etmişəm? Efirdə görməklə birini tanımaq, o tənqidi yazmaq olarmı?"

Afaq fobiyasından danışıb:

"Əhvalım yaxşı olsun deyə, işlə məşğul oluram. Mənim fobiyam təklikdir. Qaranlıqdan qorxuram. Anama deyirəm ki, mən yatandan sonra işığı söndür. Neçə vaxtdır səhərə qədər yatmıram. Əsəblərim korlanıb. Yayı sevmirəm. Sərin olsun istəyirəm. Çox şükür ki, daxildən tək deyiləm.

Real yaşamağı bacarıram. Başqası üçün yaşayan insan deyiləm. Efir adamını geyimi ilə qınayırlar. Mən geyimimin həddini bilirəm. Məni çoxlarının sevməməyinin səbəbi efirdə olmağımdır".

Gəncəli 17 yaşında çalışdığı iş yerindən bəhs edib:

"Sərbəstliyi sevmişəm. Atam da, anam da çalışırlar. Valideynlərimdən asılı olmağı istəməmişəm. Universitetdə oxuyanda dövlət televiziyasında çalışırdım. Maaş almırdım. Geyim lazım idi, düşünürdüm ki, nə edim. Bir rəfiqəm var idi, qida şirkətində çalışırdı, məhsulları reklam edirdi. Mənə iş təklif etdi. Dedi, məhsulları insanlara hədiyyə verəcəksən. Zemfira Adıgözəlova ilə bir yerdə oxuyurduq. Onunla birlikdə gedirdik insanların evinə, hansı çayı içdiklərini soruşurduq. Bizim şirkətin məhsulunu deyəndə onlara hədiyyə verirdim. Onda bizə qəşəng pul verirdilər. Atamla anamın aldığı maaşdan çox qazanırdım".

Qeyd edək ki, "KA Media group" tərəfindən hazırlanan "Efirdən kənar" verilişinin aparıcısı Kamran Quliyevdir. Proqram "Youtube" kanalında yayımlanır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ