Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
XALQ ARTISTI YUBLEYINI TEXIRE SALDI...SEBEB ISĞAL GUNU
XALQ ARTISTI  YUBLEYINI TEXIRE SALDI...SEBEB ISĞAL GUNU
loading...
XALQ ARTISTI  YUBLEYINI TEXIRE SALDI...SEBEB ISĞAL GUNU


Bu gün Azərbaycan estradasının tanınmış nümayəndəsi, Xalq artisti Flora Kərimovanın 75 yaşı tamam olur.FLORA xanim açıqlama verərək bildirib ki, yubiley mərasimini sentyabrda keçirəcək: “Yubileyimdir. 75 yaşım tamam olur, amma mən onu bu gün qeyd etməyəcəyəm. Bu gün Ağdamın işğalı günüdür. Bu səbəbdən yubiley mərasimi təxirə salındı. Sentyabrda qızım, oğlum gələcək, o zaman böyük bir tədbir keçirəcəyik. Cavan heyranlarım var, onlar mənim yubileyimi qeyd edir. Məni təbrik edən bütün dostlara təşəkkür edirəm”.

F.Kərimova 75 il ərzində çətin tale yaşadığını vurğulayıb:

“Bilirsiniz, dönüb geriyə baxanda görürəm ki, çox çətin taleyim olub. Amma mənə olan səmimi münasibət bütün yaşadıqlarımı yadımdan çıxarır. Hamını başıma yığa bilirəm, xalqın qarşısında baş əyirəm. Bu millət bütün xalqlara hörmət edib və edəcək də”.

“Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyiniz xidmətlərə görə əməyiniz lazımınca qiymətləndirilibmi?” sualına sənətkar belə cavab verib:

“Mən ömrümdə heç kimlə alver etməmişəm, barterə getməmişəm. Mən vicdan sahibiyəm, mənəviyyat sahibiyəm . Mənəviyyatımı qorumağa çalışmışam. Vicdanıma xələl gətirən münasibəti yaxınıma qoymamışam. Ən başlıcası vicdanımı satmamışam, dəyişməmişəm. Bundan sonra da etməyəcəyəm, bu ağlıma da gəlməz. Bəlkə də buna görə xalqım mənə hörmət edir. İtirməkdən qorxduğum bir şey var, o da övladlarımın, millətimin sevgisi, inamıdır. Nə cənnətə susamışam, nə cəhənnəmdən qorxmuşam. Baş ağrısız yaşamaq mənim üçün böyük hədiyyədir. Təki millətimin gözündən düşməyim .


loading...
loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 307
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    Nur
    Bes nanenn verlisinde kecirdiler axi )
    23 июля 2016 19:34
    # 1
    Offline
    Angel
    Məlumat ucun cox sag ol Rufa:)
    24 июля 2016 09:35
    # 2
    Offline
    SENINEM
    Sitat: Nur
    Bes nanenn verlisinde kecirdiler axi )

    BELI DUZDU BU
    5 августа 2016 02:29
    # 3
    yoxduu
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!