Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Afaq Gəncəli: "Onda bütün qadınlığım əldən gedir"

Afaq Gəncəli: "Onda bütün qadınlığım əldən gedir"

Afaq Gəncəli: "Onda bütün qadınlığım əldən gedir"


Aparıcı Afaq Gəncəli tez-tez saç formasını dəyişməsindən danışıb.

lunar.az xəbər verir ki, axşam.az-a açıqlama verən aparıcı qısa saçlı imicini heç bəyənmədiyini etiraf edib:

"Mənə uzun saç rahatdır. Qısa saçda özümü oğlan kimi hiss edirəm, bütün qadınlığım əldən gedir. Uşaqlıqda da oğlan kimiydim. Mənim heç vaxt gəlinciyim olmayıb. Həmişə ya futbol oynamışam, ya da qardaşlarımla birlikdə maşın sürmüşəm. Mənim aldadıcı simam var. Daxilən kişiyəm, üzdən qadın kimi görünürəm".

A.Gəncəli yaxın günlərdə sarı saçlarını qaraya boyayacağını bildirib:

"İmicimi yenə dəyişmək istəyirəm. Saçlarımı qapqara edəcəm. Ustaya hər dəfə deyirəm, qara et, qoymur. Amma yay keçsin, bu istəyimi reallaşdıracam".

Aparıcının geyindiyi ağ libasın xalq artisti Aygün Kazımovanın "Sessiz sinema" klipindəki geyiminə bənzəməsi diqqətdən qaçmayıb. Afaq bununla bağlı sualları da cavablandırıb:

"Bunu mənə bir neçə adam da dedi. Paltarı əməkdaşlıq etdiyim bir butikdən götürmüşəm. Qəsdən seçmədim, təsadüf oldu. Amma nə olsun ki... Dünya ulduzları da var ki, tez-tez eyni geyimdə olurlar".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ