Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Google Chrome’da Video Redaktəsi Üçün 3 Proqram

Google Chrome’da Video Redaktəsi Üçün 3 Proqram

Google Chrome’da Video Redaktəsi Üçün 3 Proqram


Müasir mobil cihazlar yüksək keyfiyyətli videolar çəkməyimiz üçün əla imkanlar yaradıb və biz bu imkanlardan böyük məmnuniyyətlə istifadə edirik. Lakin, heç də hər videonu çəkilən kimi qoymaq mümkün olmur – bəzi hissələri montaj etmək və videonu ümumilikdə redaktə etməyə ehtiyac duyuruq. Darıxdırıcı uzun sujet və mənasız səhnələrlə izləyiciləri yormamaq üçün isə elə öz brauzeriniz Google Chrome’da istifadə edə biləcəyiniz 3 proqramı təqdim edirik:

WeVideo



Bu proqram Google Chrome brauzerində işləyən tamfunksialı videoredaktordur. Üç fərqli interfeysin mövcudluğu sayəsində siz çətinlik səviyyəsini müəyyən edə, yeni başlayanlar və peşəkarlar üçün olan fərqli funksiyalardan yararlana bilərsiniz.

Videoların hazırlanması üçün öz əvvəlcədən Google Drive, Instagram, Flickr, Facebook, Dropbox, Picasa, Box, OneDrive’a və ya öz kompüterinizə yüklənmiş materiallardan istifadə edə bilərsiniz. Redaktor videonun montajı üçün gərəkli olan bütün funksiyalarla təmin edilib. Bua montaj, qayçılar, mətnin əlavə edilməsi, xüsusi effektlər, musiqi, keçidlər də daxildir. Tərtibat mövzularından birini seçərək, siz videonuza fərqli aura da bəxş edə bilərsiniz. Hazır faylı Google Drive, Dailymotion, YouTube, Vimeo kimi şəbəkələrdə və ya kompüterinizdə saxlaya bilərsiniz.

Stupeflix Video Maker



Stupeflix birinci qeyd etdiyimiz proqramdan daha az funksionallığa sahib olsa da, maraqlı tərəfləri də mövcuddur. Məsələn, siz fraqmentin sürətini dəyişə bilə və effektiv slowmo-səhnələr yarada bilərsiniz. WeVideo isə bu funksiyanı sizə pullu təqdim etmir.

Stupeflix proramına videoları Dropbox vasitəsilə yükləmək ən rahatıdır: bu halda mövcud həcm limitlərini keçmək mümkündür. Bu proqramda siz fraqmentləri kəsmə və kateqoriyalaşdırma kimi funksiyalar əldə etmiş olacaqsınız. Bundan əlavə, mətnlərin, effektlərin, əlavə qatların, musiqinin əlavə edilməsi də mümkündür. Ən maraqlı funksiyası isə, videonun yayım sürətinin müşayiət etdiyi səsə uyğun sinxronizə edilməsidir.

Yaradılmış klipi öz kompüterinizə, Youtube və ya Facebook’a yükləyə bilərsiniz. Lakin, pulsuz istifadə etdikdə, həcmlə bağlı limitləriniz olacaq. Faylınızın həcmi 360P-dən artıq olmamalıdır.

Magisto



Majisto proqramı videonun yaradılmasına tamamilə fərqli yanaşma nümayiş etdirir. Siz bir-bir uğurlu məqamları axtarmaq, keçidləri müəyyən etmək, musiqi seçmək əvəzinə, bu proqramda tamamilə süni intellektin seçimlərinə etibar edə bilərsiniz. Sizdən sadəcə olaraq videomaterialları yükləmək və təklif olunan mövzulardan birini seçmək tələb olunur. Xüsusi kompüter alqoritmləri videoları təhlil edir, ən yaxşı məqamları seçir və bədii tərtibat yaradır. Sizə sadəcə işi qəbul etmək, diskinizdə saxlamaq və sosial şəbəkələrdə dostlarınızla paylaşmaq qalır. Majisto az müddət ərzində, əla nəticələr əldə etmək istəyənlər üçün ideal seçimdir.


P.S:Saytlara girmek ucun saytlarin qirmizi ile yazilmis adlarinin uzerine klik etmeyiniz kifayetdir








LoVe Fire от 12 mart 2016 22:37
Paylawdigincun sagol canim ellerina saxliq.
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ