Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dünyanın Ən Yaşlı Pişiyinin 26 Yaşı Oldu

Dünyanın Ən Yaşlı Pişiyinin 26 Yaşı Oldu

Dünyanın Ən Yaşlı Pişiyinin 26 Yaşı Oldu


Tanış olun, qarşınızda dünyanın ən yaşlı pişiyidir. Corduroy adlı bu pişiyin 26 yaşı var. Bu isə pişik yaşı ilə desək, təxminən 121 il deməkdir! Yaşının çox olmasına baxmayaraq, Corduroy elə əvvəlki kimi oynaq və kaprizli qalmaqdan heç cür imtina edə bilmir.

Corduroy artıq dünyanın ən yaşlı pişiyi kimi Ginnes Rekordlar Kitabına daxil edilib.

Pişiyi Oregon ştatında bir heyvan yuvasından götürən Rid Okuranın həmin vaxt cəmi 7 yaşı var idi. İndi qızın artıq 33 yaşı var.

Müxtəlif dietalara uyğun yedizdirilsə də, pişiyin sağlamlığıyla bağlı hər şey qaydasındadır. Sahibəsi deyir ki, pişiyin uzunömürlü olmasını onun dırnaqlarını kəsməməkdə və küçəyə buraxmaqda olduğuna əmindir.

Onun azad şəkildə gəzib-dolaşması, ovlaması fiziki olaraq inkişafına dəlalət edib. Məsələn, Corduroy bu gün də quş ovlayır.

O, oyun oynamağı çox sevir və çox aktiv həyat tərzi var. Ev əhlini hər səhər saat 5-də oyandırır.

Lakin məsələ öz istirahətinə gəldikdə, bütün axan sular durulur.













BANDITKA от 12 mart 2016 14:42
Tesekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ