Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şokoladın Beyin və Yaddaş Üçün Faydaları Aşkarlandı

Şokoladın Beyin və Yaddaş Üçün Faydaları Aşkarlandı

Şokoladın Beyin və Yaddaş Üçün Faydaları Aşkarlandı


Elmi araşdırmalara görə, şokolad intellekt və beynin ümumi inkişafına kömək edir və yaddaşı gücləndirir. Indepenent qəzetində dərc olunan xəbərdə göstərilən şokoladın faydaları 70-ci illərdə psixoloq Merrill Elias’ın apardığı araşdırmaya əsaslanır.


Psixoloq Elias, təxminən 40 il əvvəl, insanların qan təzyiqi ilə beyin fəaliyyəti arasındakı əlaqəni dərk etmək üçün Nyu-Yorkda 1000-dən artıq adamın iştirakı ilə təcrübə aparmışdı. İllər boyu davam edən araşdırmaları kardiovaskulyar risk amillərinə qədər genişləndirdi. Tədqiqatın sonlarına doğru da iştirakçılara qidalanma formalarına dair suallar verməyə başladı. Elias araşdırma nəticələrinə dair “Həftədə ən az bir dəfə şokolad yeyən insanların idraki olaraq daha yaxşı performans nümayiş etdirdiklərini müşahidə etdik,” – dedi.

South Australia Universitetinin qidalanma mütəxəssisi Georgina Crichton’ın təhlillərinə əsasən, keçən həftə dərc olunan tapıntıları şokoladın beyin və davranışlara olan təsirini aşkara çıxaran nadir araşdırmalardan biridir. İlk təhlildə Crichton, Elias və Lüksemburg Sağlamlıq İnstitutundan epidomologiya mütəxəssisi Ala’a Alkerwi, iştirakçıların keçdiyi test nəticələrinin ortalamasını dəyərləndirib, həftədə ən azı bir dəfə şokolad yeyənlərdə yeməyənlərlə müqayisədə “koqnitiv inkişaf ilə şokolad tükətimi arasında müsbət bir əlaqə olduğunu” meydana çıxardılar.


Mütəxəssislər şokolad yeməyin vizual və intellektual yaddaşı da inkişaf etdirdiyini deyib. Crishton bu elmi ifadələri daha da asan başa düşmək üçün misallar da göstərir: “Məsələn, telefon nömrəsini və ya mübadilə siyahısını xatırlamağa, ya da maşın sürərkən danışmaq kimi eyni anda iki iş görməyə kömək edir.”

İkinci təhlildə isə tədqiqatçılar şokolad yeməyin idraki bacarığı inkişaf etdirib-etdirməməsi üzərində dayandılar. Elias, idraki bacarıq ilə də şokoladın tükətimi arasında müəyyən əlaqə olduğunu bildirir.


Mütəxəssislər kakaonun içində olan mikroqida elementlərinin beyinə faydası olduğunu deyir. Bundan başqa, 2011-ci ildə aparılan bir tədqiqatda şokoladın psixoloji prosesə müsbət təsiri olduğunu müəyyən edilmişdi.








Suzana от 10 mart 2016 12:51
sokoladsiz gunum olmasin :blush_mini:
--------------------
Prinsesa от 10 mart 2016 23:07
E bunu hepimiz biliyooz ya :)
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ