Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycan növbəti turizm nümayəndəliyi İstanbulda açılacaq

Azərbaycan növbəti turizm nümayəndəliyi İstanbulda açılacaq

Azərbaycan növbəti turizm nümayəndəliyi İstanbulda açılacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq. lunar.az-ın məlumatına görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbul şəhərində fəaliyyət göstərən “Gateway” şirkəti arasında razılıq əldə olunub.

Bu nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycanın turizminin marketinq strategiyasına uyğun olaraq, prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaqdır.

2016-cı il 29 fevral tarixində İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcəkdir. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və “Formula-1” yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcəkdir.








Prinsesa от 28 fevral 2016 20:25
miriwinde xeberleri sosial-iqtisadi alemdi ee mawallah )
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ