Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ay mənim canım ....

Ay mənim canım ....

Ay mənim canım ....


Məhəbbət qəlbimdə coşgun ceşmədir,
Əbədi silinməz könlüm səndədir,
Bilmirəm həsrətin ,nə bəhanədir,
Vüsalı cox görən,söylə sənmisən ?
Dəyişir halım.....


Yazanda sən mənə oluram başqa
Biraz təşviş ilə, biraz təlaşla
Almısan özümü bir tək baxışla,
İndi kənar duran,söylə sənmisən ?
Vəfasız yarım .......

Yaraşmır vəfasız kəlməsi sənə
Özüm utanıram dildə deməyə
Şübhə edirsənsə səvən qəlbimə
Tənəli danışan,dinən sənmisən ?
Qadanı alım ......

Sənki yad deyilsən qəlbimdə olan
Sənsiz bu dünyada bilginən yoxam,
Bir şəməm oduna alışıb yannam
Söylə de pərvanəm,şəmim sənmisən ?
Ay mənim canım ....

MÜƏLLİF : SEYMUR SÖNMƏZ










Prinsesa от 21 fevral 2016 00:05
coox beyendim tewekkur
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ