Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Olimpiya Stadionuun ilk toyunu aparacaq müğənni.

Olimpiya Stadionuun ilk toyunu aparacaq müğənni.

Olimpiya Stadionuun ilk toyunu aparacaq müğənni.



“Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.

ANS PRESS-in məlumatına görə, tanınmış türk müğənnisi Ebru Gündeş uzun sürən fasilədən sonra yenidən Bakıya gəlir.

Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir. Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib.

Ebru Gündeş

Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.

"Bakı Olimpiya Stadionunda keçiriləcək toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək". Bunu ANS PRESS-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. Onun sözlərinə görə, stadiondan qazanılan pullar elə onun özünün təmir, yenidənbərpa və s. işlərinə xərcləndiyi kimi, toylardan gələn gəlirlərdən də eyni məqsədlər üçün istifadə olunacaq. O ki qaldı Bakı Olimpiya Stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunun insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib: "Biz stadionda toy keçirmirik. Biz sadəcə stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə çevirək", - deyə C.Mehdiyeva bildirib.

Bakı Olimpiya Stadionu

Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Martın 18-də isə Bakı Olimpiya Stadionunun açılışı olub.Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb.

Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Stadionun ümumi ərazisi 32 hektar, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşir. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində inşa edilib.Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadiondur. İndiyədək Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadion sayılırdı.










Prinsesa от 6 fevral 2016 22:45
herii Ebruu)nese vaar
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ