Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Litva Azərbaycandan keçən böyük layihəyə qoşuldu.

Litva Azərbaycandan keçən böyük layihəyə qoşuldu.

Litva Azərbaycandan keçən böyük layihəyə qoşuldu.

“Litva Rusiyadan yan keçməklə hərəkət edən Ukrayna dəmiryolu xəttinə qoşula bilər”. ANS PRESS-in məlumatına görə, bu sözləri Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

Onun sözlərinə görə, Litva Ukrayna tranzit dəmir yolu marşrutu vasitəsilə Rusiyadan yan keçməklə Asiya ölkələrinə mal ixracına qoşulmaqda maraqlıdır.

“Mən bizim avropalı tərəfdaşlarımızla əməkdaşlığın vacibliyini qeyd edərək, Litvanın “İpək yoluna” maraq göstərdiyini nəzərinizə çatdırmaq istəyirəm. Bununla da Avropa İttifaqı ilə azad ticarət razılaşması çərçivəsində “İpək yoluna” Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çin ilə yanaşı Avropa ölkələri də qoşulacaq”, - deyə Yatsenyuk bildirib.


Arseni Yatsenyuk – Ukraynanın Baş naziri

Nazir malların Rusiyadan yan keçərək Klaypedadan Çinə aparılmasına imkan verəcəyini əlavə edərək, qatarın hərəkət müddətini 15 gündən 10 günə salınması barədə göstəriş verib.

Onun sözlərinə görə, bu, Ukraynanın yük daşınmasını sürətləndirəcək və yeni tranzit xəttinin xərclərini kompensasiya etməyə imkan verəcək.


Azərbaycan ərazisindən keçən sınaq konteyner qatarı

Nazir həmçinin bildirdi ki, bir konteynerin yeni nəqliyyat yolu ilə daşınması 5.5 min ABŞ dollarına başa gəlir ki, bu da ənənəvi yoldan - Rusiya ərazisi ilə keçərək hərəkət etməsindən baha başa gəlir.

Bundan başqa Ukrayna sənaye naziri əlavə edib ki, bu il fevralın sonunda tranzit yolunun iştirakçı ölkələri arasında hüquqi sənədləşdirmələr aparılacaq və qatar normal iş rejimində hərəkət edəcək.

Rusiya ilə azad ticarət zonası haqqında razılaşmalar pozulduqdan sonra, Kiyev Asiyaya və Çinə yük daşımanı təmin etmək üçün dəniz yolunu təklif edib və "İpək yolu" ilə yük daşımalar üçün güzəştli tariflər haqqında Azərbaycan, Qazaxıstan və Gürcüstan ilə müqavilə imzalayıb.









Suzana от 3 fevral 2016 13:06
bunlarin islerinden bizim basimiz cixmaz )
--------------------
LoVe Fire от 3 fevral 2016 14:17
Xebere gore tewekkurler elleriniza saxliq.
--------------------
Miriş Soltanov от 3 fevral 2016 21:23
Dəyməz Lalə Başımız Çıxmasada Ayaqımız Çıxar))))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ