Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Qəbələ” Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

“Qəbələ” Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

“Qəbələ” Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

котик

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. lunar.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxıb.

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill”lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar.

Matça fəal başlayan təmsilçimiz hesabı açan tərəf olub. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan möhtəşəm zərbə ilə komandasını önə keçirib.

Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub.

Rəqib komanda son anlarda fəallaşsa da, onlara bərabərlik qolunu vurmaq nəsib olmayıb.

Bununla da qələbə qazanan “Qəbələ”nin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulan “Qəbələ” ötənilki uğuruna yaxınlaşıb. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
4 avqust


“Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa) - 1:0
Qol: Filip Ozobiç, 34


Baş hakim: Aleksey Yeskov (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 1:1


котик








MeLeK от 5 avqust 2016 13:33
Melumat ucun tesekkurler...
--------------------
Inara от 5 avqust 2016 14:02
meleumata gore cox sagol
SENINEM от 6 avqust 2016 08:34
futbolla maraqlanmiram yenede saol
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ