Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Cebhede gerginlik:Agdamda olen ve yaralananlar var.
Cebhede gerginlik:Agdamda olen ve yaralananlar var.
loading...
Cebhede gerginlik:Agdamda olen ve yaralananlar var.


Düşmən kəndləri atəşə tutdu.

Aprelin 27-dən 28-nə keçən gecədən etibarən ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

lunar.az-ın xəbərinə görə, bu barədə “Report”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;

2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;

3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;

4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;

5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;

6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;

7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;

8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kontuziya).

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan əksəriyyətinin vəziyyəti orta-ağırdır.

09:23

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

lunar.az-ın xəbərinə görə, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur.

Bildirilir ki, yaralılardan biri kontuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.


loading...
loading...
(səs: )
Şərhlər: 2
Baxılıb: 318
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    gulcan
    Allah esgerlerimizi qorusun.Amin
    28 апреля 2016 23:18
    # 1
    Offline
    SENINEM
    ALLAH BUTUN ESGERLERIMIZI QORUSUN ._ AMIN
    29 апреля 2016 16:07
    # 2
    yoxduu
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!