Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Çatdır məni arzularam,vüsal dadım sonra ölüm

Çatdır məni arzularam,vüsal dadım sonra ölüm

Çatdır məni arzularam,vüsal dadım sonra ölüm


Səndən sevgi ətri gəlir,gəl qoxlayım səni gülüm,
Ondan sonra bu dünyadan,gedər olsam rahat köcüm
Sən qismətdə alın yazım,tək amalım,tək istəyim,
Catdır məni arzulara,vüsal dadım,sonra ölüm...

Dur yanımda hec bir yana getmə,nolar baxım sənə,
İstə məndə ürəyimi,düşünmədən verim sənə,
O,camalın zülfün görcək,coşum daşım deyim sənə,
Ay qadasın mən aldığım,dövrə vurum başına dönüm...

Ürəyimdən,kecənləri bircə-bircə sadaladım arzuya bax,
İstəyirsən gedək burdan,lap uzağa qoşa cıxaq,
Düşünməki axırımız innən sonra nə olacax,
Hər nazını cəkmək ücün,məndə vardı taqət,dözüm...

Seymur yazsa səndən əgər,sığışmaz ki,sətirlərə,
Deyiləsi cox kəlməm var deməyirəm yarsın hələ,
Məcnun səhraları gəzdi,mən ondan betər eşqə,
Düşdüm sönməz məşəl oldum,bu sevda cətin sönüm


MÜƏLLİF :SEYMUR SÖNMƏZ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ