Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sağ ol salamat qal,gəl sağollaşaq

Sağ ol salamat qal,gəl sağollaşaq

Sağ ol salamat qal,gəl sağollaşaq


Bəsdir yetər belə sevgi olammaz,
Əvvəli söz söhbət,axırı qınaq,
Nədir bəhanələr,nədir nöqsanlar,
Ayrılaq deyirsən yaxşı ayrılaq..

Hər yolda enişlər yoxuşlar coxdur,
Onsuz danışmağın faydası yoxdur,
Qınağın nə birdir,nədə ki ondur,
Saya sığışmaz ki vursaq toplasaq..


Sanaq ki yuxuydu ayıldıq bitdi,
Buda röyadaki kəm bir qismətdi,
Artıq ayrılığın zamanı gəldi,
Sağ ol salamat qal,gəl sağollaşaq..

Mən belə sevgini,bəsləməmişdim,
Dözərdim nazına tükənməmişdim,
Bunu dönə-dönə sən istəmişdin,
Xətrinə dəymirəm,olsun Son qoyaq..!


MÜƏLLİF: SEYMUR SÖNMƏZ








Suzana от 22 aprel 2016 18:31
hemiseki kimi cox gozel seir ellerinize sagliq sair
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ