Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Deputatlar Himnimizin dəyişdirilməsini istəyir

Deputatlar Himnimizin dəyişdirilməsini istəyir

Deputatlar Himnimizin dəyişdirilməsini istəyir


Azərbaycanın dövlət Himninin dəyişdirilməsi ilə bağlı indiyədək bir neçə dəfə təklif irəli sürülüb. Bu məsələ ictimaiyyət nümayəndələri arasında fikirayrılığına, hətta qalmaqallara yol açıb.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin “Azərbaycan himninə qulaq asanda adam əlinə dəsmal götürüb ağlamaq istəyir”, - deyə səsləndirdiyi fikirlər ciddi müzakirə mövzusuna çevrilib.

Bəziləri onu bu fikrini dövlətçiliyə qarşı çıxmaq kimi qiymətləndirsə də, çoxları deputatın haqlı olduğu qənaətindədir.

Deputat təzyiqlərə, iradlara baxmayaraq, Himnin dəyişdirilməsinin vacib olduğunu düşünür.

Millət vəkili Nizami Cəfərov deputat həmkarına dəstək verərək, bildirib ki, həqiqətən Azərbaycan Respublikasının Himni ilə bağlı müəyyən problemlər var.

Deputat qeyd edib ki, himnimizin sözləri ilə bağlı məsələ müzakirə olunmalıdır: “Hələ də himnimizin mətnin kim tərəfindən yazılması ilə bağlı müəyyən müzakirələr gedir. Çünki burada şübhələr var. Bundan başqa müzakirə olunan məsələlərdən biri də mətnin uzun olmasıdır. Digər bir məsələ isə mətnin dilində ağırlığın olmasıdır. Yəni, poetiklik, pafos nisbətən azdır”.

N.Cəfərov hesab edir ki, bu gün inkişaf edən, yüksəklən Azərbaycan var. Bu baxımdan himnimizə modern yanaşma tələb olunur.

“Bu kimi məsələlər cəmiyyətdə, elmi mühitdə müzakirə olunur. Amma, nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Azərbaycan müstəqillik əldə edəndən sonra rəsmi olaraq himn kimi qəbul olunub. Bu isə xırda göstərici deyil. Ona görə də kifayət qədər təmkinlə, çox yüksək səviyyədə bu məsələyə baxmaq olar. Tələsik heç nə etmək mümkün deyil”, - deyə N.Cəfərov vurğulayıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ