Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Lənkaranda qəza: sürücü dünyasını dəyişdi

Lənkaranda qəza: sürücü dünyasını dəyişdi

Lənkaranda qəza: sürücü dünyasını dəyişdi


Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədli idarə etdiyi “VAZ-21 015” markalı, 42- BS- 753 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı maneəyə çırpıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.

Mərhumun qohumları onun gələn ay toyunun olacağını bildiriblər.


Lənkəranda iki gün əvvəl də ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lənkəran istiqamətində hərəkətdə olan "VAZ 21 099" markalı avtomaşın çayxanadan çıxan piyadaları yolun piyadalara məxsus hissəsində vurub, daha sonra idarəetməni itirərək yolun kənarındakı şam ağacına çırpılıb. Nəticədə 4 piyada - 37 yaşlı İmran İsmayılov, 28 yaşlı Elvin Hüseynov, 21 yaşlı Əli Cəbrayılov və 25 yaşlı Səbuhi Əliyev keçinib, bir nəfər ağır bədən xəsarətləri alıb.








Suzana от 25 mart 2016 21:09
adam kimi surmurlerde mireti masinin gunune baxta
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ