Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
77 qepiklik malın 20 manata satılmasının səbəbləri

77 qepiklik malın 20 manata satılmasının səbəbləri

77 qepiklik malın 20 manata satılmasının səbəbləri

Quru meyvələrin satıldığı bazar
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Azərbaycana idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib. ANS PRESS-in məlumatına görə, Gömrük Komitəsinin yaydığı cədvəldə 2016-cı ilin il iki ayının statistikası göstərilir. Qiymətlərlə bağlı monitorinq əsasən Yaşıl və Meyvəli bazarlarında aparılıb.

Məsələn, hər hansı bir sahibkar püstəni (qabıqlı) Azərbaycana gətirdiyi zaman onun gömrük orqanlarına bəyan edilən qiymətləri 1 kq üçün 0.77 manat (0.49 dollar) göstərir. Amma adıçəkilən məhsul Yaşıl bazarda 16 -20 manata, Meyvəli bazarında isə 14 və 16 manat arası qiymətlərlə satılır.

Bəzi quru meyvələrin idxal və satış qiymətlərinin göstərildiyi cədvəl (Mənbə: Dövlət Gömrük Komitəsi)
Qiymətlər arasında bu qədər fərq satıcılar tərəfindən təbii qarşılanır. Bakıda topdansatış məntəqələrindən birinin satıcısı Azər Əhmədovun sözlərinə görə, qiymətlər arasında bu qədər fərqin olmas xərclərlə bağlıdır.

"Bəzi sahibkarlar məhsulu aldıqları ölkədə daha aşağı qiymətə yazdıra bilirlər".
“Çünki 0.77 qəpikdən əlavə biz dövlət rüsumu, vergi və digər ödənişlər edirik. Həmçinin həm daşınma haqqı, həm də yerpulu ödəyirik. Bu isə bizim xərclərimizi artırır”,-deyə satıcı bildirdi.

Amma bəzi məhsulların dəyərindən çox baha satılması insanları narahat edir. Çünki ümumilikdə, yol xərci, gömrük rüsumu, vergi və digər ödənişləri də cədvəldəki qiymətlərin üzərinə gəldikdə bazardakı məbləğ arasında fərq çox böyük olmamalıdır. Məsələn, Gömrük Komitəsinə bəyan edilən qiymətlərə əsasən şabalıd 2.38 manat, ananaslar 2.77 manat, qurudulmuş ərik 3.73 manat göstərilir. Amma bazarlarda həmin məhsullar dəfələrlə baha satılır. Alıcılar belə malların Novruz bayaramı yaxınlaşdıqca daha da bahalaşacağını düşünürlər.

Bəzi çərəz məhsullarının qiymətləri
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, gömrükdə yalnız mədaxil sənədlərində olan qiymətlər göstərilir. “Amma məhsul göstərilən qiymətdən baha alına bilər. Çünki bəzi sahibkarlar bu yolla real qiymətləri gizlədir və vergidən yayınır. Təqdim edilən qiymətlərə gömrük rüsumları, ƏDV, və sahibkarın mənfəəti daxil deyil. Bəzi sahibkarlar isə məhsulu aldıqları ölkədə qiyməti aşağı yazdıra bilirlər. Ona görə də həmin satış qiyməti ilə gömrük orqanlarına bəyan edilən məbləğ arasında böyük fərq yaranır ”,-deyə iqtisadçı bildirdi.

Vüqar Bayramov - iqtisadçı
Vüqar Bayramovun sözlərinə görə, həmçinin ola bilər ki, qiymətlər bazarda şişirdilir. Buna görə də rəsmi qurumlar qiymətlərə nəzarət etməlidir. Qiymətlər ELƏ tənzimlənməlidir ki, ölkəyə ixrac edilən məhsulların xərci ilə bazardakı məbləği arasında belə kəskin fərq yaranmasın”,-deyə Vüqar Bayramov bildirdi.

Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuata açıqlamasında bəzi məhsulların idxal və bazar qiymətləri arasındakı fərqin çox olmasına aydınlıq gətirib.
“Əminliklə deyə bilərik ki, yüklər tam şəffaf və rəsmi sənədlər əsasında dünya bazarındankı qiymətlərə uyğun rəsmiləşdirilir. Quru meyvələr Azərbaycanda istehal olunur. Ümumilikdə hər bir sahibkar özünə münasib qiymətə uyğun həyata keçirir”,-deyə Aydın Əliyev bildirdi.


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müsahibəsi
Xarici ölkələrdə də belə hallar baş verir. Bu zaman dövlət orqanı həmin məhsulun gətirildiyi ölkənin bazarını araşdırır. Amma həmin vaxt rəsmi orqanlar real qiymətləri göstərir. Bu isə vergidən yayınma hallarını azaldır.


77 qəpiyə gələn mal Azərbaycanda 20 manata satılır (CƏDVƏL)
Bəzi sahibkarlar vergidən yayınmağa cəhd etsələr də, dövlət tərəfindən onlar müxtəlif güzəştlər tətbiq edilir. Prezident İlham Əliyev dekabrın 22 -də lisenziyalarla bağlı fərman imzalayıb. Fərmana əsasən lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbi ləğv edilir. Ən əsas addımlardan biri əksər lisenziyaların “ASAN” xidmət tərəfindən verilməsidir.

Ümumilikdə, əgər adıçəkilən məhsullarla Azərbaycan özünü təmamailə təmin edərsə, o zaman belə hallar baş verməz. Çünki ölkə daxilində istehsal olunan məhsulun maya dəyəri aşağı olur. Ona görə də bəzi sahibkarlar məhsulun həqiqi qiymətlərini göstərməkdən yayınmaz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ