Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda ağır avtobus qəzası:22  yaralı

Bakıda ağır avtobus qəzası:22 yaralı

Bakıda ağır avtobus qəzası:22  yaralı

Bakıda Aeroport yolunda baş verən zəncirvari qəzada xəsarət alan daha bir nəfər Sabunçu xəstəxanasına gətirilib.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, yaralı sürücünün vəziyyəti orta ağırdır. Bununla da qəza nəticəsinə yaralananların sayı 22 nəfərə çatıb.

______________________________________________________________________________________________

18:48 / Bakıdakı avtobus qəzasında yaralıların sayı 21-ə çatdı

Bakıda avtobus qəzasında yaralıların sayı artıb. Sabunçu xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində yaralıların sayı 20 nəfərə çatıb.

_______________________________________________________________________________________________

17:55 / Bakıda avtobus qəzasınındakı yaralıların videosu yayıldı

Bakının Suraxanı rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə törədilən qəzanın videosu yayılıb. ANS PRES-in məlumatına görə, videoda qəzadan sonra insanların yaralı vəziyyətdə yol kənarında kömək gözlədikləri görünür.


Bakıda avtobus qəzasından görüntülər
____________________________________________________________________________

17:43 / Bakıda avtobus qəzasında yaralıların sayı artdı

“Bir saat əvvəl Bakının Suraxanı rayonu ərazisində marşrut avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb”.

Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Ancaq xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

________________________________________________________________

17:35 / Yaralıların sayı hələlik məlum deyil.

Avtobus qəzasının baş verdiyi əraziyə çox sayda həkim cəlb olunub. Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə bildirilib ki, hazırda təcili yardım maşınları və həkimlər əraziyə cəlb edilib, bütün həkimlər hadisə yerindədir, lakin hələlik yaralıların sayı məlum deyil.

_________________________________________________________________

17:27 / Bakıda avtobus qəzası, çox sayda yaralı var

Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sürücüsü və dövlət nömrə nişanı hələlik məlum olmayan 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək sürətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Çox sayda yaralıların olduğu bildirilir.

Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.


Bakıda son 1 həftənin faciələrinin günahkarları
Ümumiyyətlə son günlər marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı artıb. Fevral ayının 28-də də Bakıda ağır yol qəzası baş verib. Səbail rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ana və qızını vurub.

Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun 16 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fevral ayının 23-də paytaxtda analoji hadisə - insan ölümü ilə nəticələnən avtobus qəzası qeydə alınıb. Nizami rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 10 nəfərdən çox insan xəsarət alıb. Qəzaya səbəb avtobuslardan birinin işıqforun qırmızı işığında yolu keçməsi olub.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ