Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda avtomobil əvvəl ağaca, sonra işıq dirəyinə çırpıldı, ağır yaralanan var - FOTO

Bakıda avtomobil əvvəl ağaca, sonra işıq dirəyinə çırpıldı, ağır yaralanan var - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Lunar.az APA-ya istinadən bildirir ki, avtoqəza Vaqif prospektində baş verib.

Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
















İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ