Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Müəllimindən hamilə qalmış məktəblidən son xəbər: "İmtina etməsə..."

Müəllimindən hamilə qalmış məktəblidən son xəbər: "İmtina etməsə..."

Hazırda tədbirlər görülür, cinayət işi ilə bağlı istintaq gedir, təqsirləndirilən şəxs həbs olunub. Qız sığınacağa yerləşdiriləcək, ona psixoloji və hüquqi yardımlar göstəriləcək.

Bu sözləri Lerik rayonunda azyaşlı qızın başına gələn hadisə ilə bağlı Teleqraf.com-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib:

"Uşağın dünyaya gəlməsi üçün qıza dəstək olunacaq. Qızın psixoloji-intellektual vəziyyətindən asılı olaraq fərdi inkişafı ilə bağlı ona yardım ediləcək. Vəziyyəti normaldırsa, inkişafa meyillidirsə, biz əlimizdən gələni edəcəyik. Peşə reabiltasiyasına göndəriləcək, gələcəkdə işləməsi üçün şərait yaradılacaq".

Mehriban Zeynalova ki, qız azyaşlı olduğu üçün gələcəyi ilə bağlı qərarlar vermək tezdir: "Müəyyən dövr keçməlidir, qız 18 yaşa çatmalıdır. Bu müddət ərzində onun inkişafı ilə bağlı lazımı addımlar atılacaq, seminarlarda iştirakı, hansısa peşəyə yiyələnməsi təşkil olunacaq.

Hazırda qız hamilə olduğu üçün kənar tədbirlərə ehtiyac yoxdur. Bəzi hallarda uşaqdan imtina olunur. Bunlar hələlik suallardır. Görüş zamanı hər şey bəlli olacaq".

Qeyd edək ki, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin kəndin 59 yaşlı rus dili müəllimindən 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab edilib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ