Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər - Trampın dediyi gerçəkləşir

Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər - Trampın dediyi gerçəkləşir

ABŞ Federal Fövqəladə Halları İdarəetmə Agentliyindən (FEMA) yeni tip koronavirus (Covid-19) pandemiyasında istifadə olunması üçün 100 min cəsəd torbası tələb edilib.

Lunar.az xəbər verir ki, agentlik tələbi Müdafiə Nazirliyinə bildirib.

Xəbərə görə, Pentaqon əlindəki 50 min cəsəd torbasını yaxın zamanda agentliyə təhvil verəcək. Qalan hissəni isə tədarük etdikdən sonra göndərəcək.

Məsələ ilə bağlı Pentaqon və FEMA hələ ki, rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ evdəki mətbuat konfransında ölkədə koronavirusdan 100-200 min insanın öləcəyini ehtimal etdiklərini bildirmişdi./Publika.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ