Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu gün şəhid olan əsgərimizin atası: "Deyirdi, ayın sonu özüm gələcəm" - VİDEO

Bu gün şəhid olan əsgərimizin atası: "Deyirdi, ayın sonu özüm gələcəm" - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olan əsgər Qarayev Eltun Elman oğlu Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Əsgər Eltun Qarayevlə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı rayonun Qazıqurdalı kəndində olub.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, həmçinin, rayon ictimaiyyəti iştirak edib.

Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı atasına təqdim edilib. Daha sonra havaya yayılım atəşi aşılıb.

Şəhidin atası Elman Qarayevin sözlərinə görə, oğlunu sonuncu dəfə beş-altı ay əvvəl görüb.

“Məktub yazırdı. Bu ayın sonu məzuniyyətə gəlməli idi, amma şəhid olub gəldi. Bir dəfə yanına getdik, hərbi hissədə idi deyə, yanımıza gələ bilmədi. Görmədən gəldik. Ancaq məktub yazırdı. Deyirdi, ata, özüm ayın sonu gələcəm”.(oxu)









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ