Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İrandan qayıdan 2 Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

İrandan qayıdan 2 Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Lunar.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında deyilir.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.


Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ