Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
27 yaşlı qız xalça ilə evləndi - FOTOLAR

27 yaşlı qız xalça ilə evləndi - FOTOLAR

Böyük Britaniyanın Mançester şəhərində ağlasığmaz hadisə olub.

27 yaşlı Bekki Koks adlı qadın xalça ilə evlənib.

1 il əvvəl aldığı xalçanı çox sevdiyini dilə gətirən gənc qadın, onu ömür boyu qoruyacağına və qulluq edəcəyinə and içib: “Ona hər zaman göz-qulaq olmaq üçün zamanımın çoxunu sərf edirəm. Onu təmizləmək və hər zaman ən yaxşı formada görünməsini təmin etmək üçün çalışıram. Gündə bir neçə dəfə tozsoranlayıram. Artıq onsuz özümü təsəvvür edə bilmirəm. Onunla yatır, ən özəl düşüncələrimi ona söyləyirəm. Bundan daha xoşbəxt ola bilməzdim. Onunla Yeni ili qarşılamağı səbrsizliklə gözləyirəm”.

Zarafatla başlayıb gerçək oldu

Aldığı xalçanı çox sevdiyini tez-tez dilə gətirən Bekkinin dostları ona “belə çox sevirsənsə, onunla evlənə bilərsən” deyiblər. Dostlarının əyləncə məqsədilə dediyi bu sözü ciddi qəbul edən Bekki də xalça ilə özünə nikah mərasimi təşkil edib.

Qeyd edək ki, Bekki daha əvvəl ailəli olub və azyaşlı övladı var.

mənbə: publika






27 yaşlı qız xalça ilə evləndi - FOTOLAR








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ