Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda dəhşətli hadisədə ölən müəllimə ilə 8 yaşlı oğlunun FOTOSU

Azərbaycanda dəhşətli hadisədə ölən müəllimə ilə 8 yaşlı oğlunun FOTOSU

Salyanda baş verən dəhşətli yol qəzasında vəfat edən ailə üzvləri bu gün dəfn edilib.

Dekabrn 21-də Bakı-Ələt-Astara magistralının Noxudlu kəndi ərazisindən keçən hissəsində 38 yaşlı Təranə Hacıyevanın idarəetməsindən çıxaraq aşan "Mitsubishi"də həlak olan şəxslər bu gün dəfn edilib.

Sürücü T.Hacıyeva 8 yaşlı övladı Ələsgər ilə birlikdə Şirvan şəhər qəbiristanlığında dəfn ediliblər.

Qeyd edək ki, qəza zamanı maşında olan T.Hacıyevanın dayısı arvadı Zemfira Məmmədova da aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Sürücünün 12 yaşlı qızı və daha 2 yaxın qohumu isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada vəfat edən T.Hacyeva Salyanda böyük hörmət sahibi olan Kərbəlayi Salehin qızıdır. O, xeyli vaxt imiş Şirvan şəhərindəki məktəblərdən birində müəllim kimi çalışırmış və bir neçə ay əvvəl iş yerini Bakıya dəyişibmiş.(publika)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ