loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Bakıda sərxoş qadın özündən çıxdı - polisə çətin anlar yaşatdı - VİDEO
Bakıda sərxoş qadın özündən çıxdı - polisə çətin anlar yaşatdı - VİDEO
loading...
Bakıda avtomobili sərxoş halda idarə edən xanım sürücü polis əməkdaşlarının işinə maneə yaradıb.

Lunar.az apa-ya istinadla xəbər verir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları 90-TP-702 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib.

Lakin avtomobili idarə edən xanım sürücü əmrə tabe olmayıb. Daha sonra o, polislər tərəfindən saxlanılıb. Sürücünün sükan arxasında sərxoş vəziyyətdə olduğu şübhələri yarandığından onu müvafiq məntəqəyə dəvət ediblər. O, Yol Patrul Xidmətinin əməkdaşlarının iradı ilə razılaşmayıb və ictimai asayişi pozmağa çalışıb.

Sürücü sonda Alkoqol Sərxoşluğunun yoxlanılma məntəqəsinə dəvət olunsa da, o, sərxoş olmadığını iddia edib və avtomobili idarə edərək ərazidən uzaqlaşmaq istəyib. Sürücünün bu istəyinin qarşısı alınıb və məntəqəyə aparılıb.

Ekspertin müvafiq rəyinə əsasən, məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə edib. Xanım sürücü inzibati məsuliyyətə cəlb edilib.




loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 162





  • Foto.Lunar.az
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!