Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Suriyada dəhşətli partlayış, ölü sayı 50-yə yaxınlaşır.

Suriyada dəhşətli partlayış, ölü sayı 50-yə yaxınlaşır.

Suriyada dəhşətli partlayış, ölü sayı 50-yə yaxınlaşır.

Suriyada partlayış
Suriyada dəhşətli terror aktı törədilib. ANS PRESS-in xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Homs şəhərinin mərkəzində Əz-Zəhra məhəlləsində ardıcıl iki partlayış qeydə alınıb. Bomba yüklü iki avtomobil partladılıb. Törədilən iki partlayış nəticəsində 46 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Terror aktı nəticəsində ölənlərdən 28 nəfərin mülki şəxslər olduğu bildirilir.

Suriya dövlət televiziyası isə birini kamikadzenin törətdiyi partlayışlar zamanı 14 nəfərin öldüyünü, 29 nəfərin isə yaralandığını qeyd edib. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayış törədilən ərazinin Bəşər Əsəd tərəfdarlarının nəzarəti altında olduğu bildirilir. Hadisəni hələlik heç bir quruplaşma öz üzərinə götürməyib.

Homsda partlayışDəməşqdə partlayış

Suriyada çoxlu insan tələfatına səbəb olan sonuncu irimiqyaslı partlayış yanvar ayının 31-də Dəməşqdə törədilib. Ard-arda baş verən iki partlayış zamanı 59 nəfər həlak olub.

Hər iki partlayış Dəməşqin şiələr məskunlaşan hissəsində baş verib. Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. İlkin məlumatlarda partlayış zamanı 10-11 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilsə də, sonradan həyatını itirənlərin sayının 59-a çatdığı, yaralıların isə 128 nəfər olduğu müəyyən edilib.

Partlayışlar Ku-as-Sudan və Səidə Zeynəb rayonlarında qeydə alınıb.

Həmin hadisədən əvvəl də Suriyada kütləvi insan ölümünə səbəb olan partlayışlar baş verib. Ötən ilin dekabr ayının 31-də qeydə alınan partlayış nəticəsində 16 nəfər həyatını itirib.

Hadisə nəticəsində həyatını itirən suriyalılardan 5 nəfəri erməni əsilli olub.








Prinsesa от 21 fevral 2016 23:36
can Allah olenlere rehmet etsin ((
Esgeroov
Esgeroov от 28 fevral 2016 11:17
ALLAH rehmet elesin agilsiz insanardida
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ